Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq kəmər şəbəkəyə qoşulub

11:35 - 17.05.2022


17 may, Fineko/abc.az.  Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq 182 kilometrlik Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəməri (Interconnector Greece – Bulgaria - IGB) "Bulqartransqaz"ın milli qaz ötürücü şəbəkəsinə qoşulub.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, Bolqarıstan operatorunun əlaqə nöqtəsindən interkonnektorun müvafiq bağlayıcı klapan ilə hissəsi artıq faktiki qaz miqdarları ilə doldurulub. Məlumata görə, IGB-nin xətti hissəsinin tikintisi artıq tamamlanıb.

Mayın birinci yarısında intellektual porşen vasitəsilə interkonnektorun bütün uzunluğu boyunca borudaxili yoxlama aparılıb. Xətti hissə artıq Bolqarıstanın Metrologiya və Texniki Nəzarət üzrə Dövlət Agentliyi tərəfindən qeydiyyata alınıb və ilkin yoxlama üçün akt verilmək üzrədir.

Bütün xəbərlər