Mərkəzi Bank daha bir lisenziya verdi - Valyutadəyişmə fəaliyyəti göstərəcək     

12:06 - 17.05.2022


17 may, Fineko/abc.az. Mərkəzi Bank daha bir şirkətə valyutadəyişmə fəaliyyəti üçün lisenziya verib.

ABC.AZ-ın məlumatına görə, Mərkəzi Bankın idarə heyətinin qərarı ilə lisenziya mayın 13-də verilib. Lisenziyanı alan şirkət isə "META-KAPİTAL" MMC-dir.  "META-KAPİTAL" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 33, mənzil 41-də yerləşir. Onun faktiki fəaliyyət göstərdiyi ünvan isə Yasamal rayonu İzmir küçəsi 7B-dir (Hyatt Regency otelinin yaxınlığı).

Qeyd edək ki, bununla da ölkədə bank olmayaraq valyuta dəyişmə fəaliyyəti ilə məşğul olan şirkətlərin sayı 5-ə yüksəlib.

Bütün xəbərlər