"Agent bankçılıq” layihəsi daha bir regionda

17.05.2022,12:14


17 may, Fineko/abc.az. Azərbaycanda ilk dəfə həyata keçirilən “Agent bankçılıq” layihəsi daha bir regionda – Qəbələ şəhərində əhaliyə təqdim olunub.

ABC.AZ xəbər verir ki, “Agent bank” rolunu “Azərpoçt” MMC “Access Bank” QSC ilə əməkdaşlıq çərçivəsində yerinə yetirir.

Vətəndaşlar Qəbələ şəhəri, Həzi Aslanov 39 ünvanında yerləşən “Azərpoçt” MMC filialında “AccessBank” QSC-nin təqdim etdiyi maliyyə xidmətlərindən istifadə edə bilərlər.

Bütün ölkə vətəndaşları üçün maliyyə xidmətlərinin əlçatanlığının artırılması məqsədi daşıyan “agent bankçılıq” modelinin tətbiqinə ilk olaraq Ağdaş rayonunda yerləşən “Azərpoçt” filialında başlanılmışdı. Mart ayından etibarən şəhər sakinləri Bəkir Nəbiyev küçəsi 15/4 ünvanında yerləşən poçt filialında bank xidmətlərindən yararlanırlar. Hazırda “Azərpoçt” MMC-nin hər iki regiondakı filialında müştərilərə, tələbata əsasən, mikro və aqrokreditlər, həmçinin istehlak kreditləri və debit kartları təklif olunur.