Milli Məclisin Aparat rəhbərliyinə yeni təyinat oldu - Sərəncam

12:24 - 17.05.2022


17 may, Fineko/abc.az. Milli Məclisin Aparatı rəhbəri vəzifəsinə yeni təyinat olub.

ABC.AZ APA-ya istinadən xəbər verir ki, bununla bağlı parlamentin sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, Fərid Famil oğlu Hacıyev bu vəzifəyə təyinat alıb.

Qeyd edək ki, o, bundan əvvəl Milli Məclisin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb. F.Hacıyevədək parlamentin Aparatının rəhbəri Səfa Mirzəyev idi. O, yaşı ilə əlaqədar təqaüdə göndərilib.

Bütün xəbərlər