Poçt müdiri 25 min manata yaxın vəsaiti mənimsədi - Cinayət işi açıldı

14:03 - 17.05.2022


17 may, Fineko/abc.az. Bakıda poçt müdiri 25 min manata yaxın dövlət vəsaitini mənimsəmədə ittiham edilir.

ABC.AZ xəbər verir ki, bu barədə Binəqədi rayon prokurorluğu məlumat yayıb.

Məlumata görə, “Azərpoçt” MMC-nin 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsində nağd pul vəsaitləri ilə  bağlı çatışmazlığın yaranmasına dair daxil olmuş müraciət əsasında araşdırma aparılıb.

Həmin poçtun sabiq müdiri Gülnarə Xəlilovanın işlədiyi (12.07.2021-09.12.2021) tarixlərdə şöbənin xəzinəsində olan 16 min 500 manat və 4 min 500 dollar (7650 manat) məbləğində pulu mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı mənimsəmə ittihamı ilə cinayət işi başlanıb.

Bütün xəbərlər