Agentlik “Zeytun Pharmaceuticals” QSC-ni 13 milyon manatlıq tenderin qalibi seçdi

14:57 - 17.05.2022


17 may, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi imtiyazlı xəstələr üçün dərman vasitələrinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

ABC.AZ dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, Agentıik tenderin qalibi olaraq “Zeytun Pharmaceuticals” QSC-ni seçib.

Qeyd edək ki, qalib şirkətə 12 768,3 min manat ödəniləcək.

Bütün xəbərlər