Bu ildən keçmiş məcburi köçkünlərin qaytarılmasına başlanılacaq - Spiker

16:09 - 17.05.2022


17 may, Fineko/abc.az. “Hazırda işğal dövründə dağıdılmış bütün infrastruktur yenidən bərpa olunur. Yaşıl enerji zonası elan edilən Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir. Artıq bu ildən etibarən keçmiş məcburi köçkünlərin geri qaytarılmasına başlanılacaq”.

ABC.AZ-ın məlumatına görə, bu sözləri İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, həyata keçirilən işlərə ən böyük maneə Ermənistan tərəfindən işğaldan azad edilmiş torpaqlarda basdırılan çoxsaylı minalardır: “10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra çoxsaylı mina partlayışları nəticəsində 210-dan çox mülki şəxs və hərbçi həlak olub. Azərbaycan dünyada ən çox minanın basdırıldığı ölkələrdən olsa da, hələ ki, bu istiqamətdə ən az beynəlxalq maliyyə yardımı alan ölkələrdəndir”.

Bütün xəbərlər