Dövlət Neft Fondu makroiqtisadi sabitliyin təmin edilməsi üçün Azərbaycan Mərkəzi Bankına 2,4 milyard manat təqdim edib

20.10.2017,12:16


Azərbaycan Respublikasının Dövlət Neft Fondunun  (ARDNF) aktivləri 1 oktyabr 2017-ci il tarixində 8,67%-ə qədər  artıb.

Fondun məlumatına görə, onun aktivləri hesabat dövrü ərzində $33 147,0 milyondan $36 020,0 milyona qədər artıb.

ARDNF-nin büdcə gəlirləri  8 793,4 mln. manat, büdcə xərcləri isə 6 911,7 mln. manat həcmində qiymətləndirilmişdir.

İl ərzində gəlirlərin əsasını RSA müqavilələri üzrə gəlirlər təşkil etmişdir (7 976,7 mln. manat). Neft və qaz satışından əldə edilmiş gəlirlər 7 957,8 mln. manat, bonus ödənişləri 2,4 mln. manat, o cümlədən, tranzit ödənişləri 12,9 mln. manat, akrhesabı ödənişlər 3,6 mln. manat təşkil etmişdir. ARDNF-nin büdcədənkənar gəliri 582,4 milyon manat təşkil etmişdir.
Fondun aktivlərdən əldə edilən gəlirlər təxminən 813,7 mln. manat təşkil etmişdir.

Dövlət büdcəsinə transfert edilmiş 4 300,0 milyon manat, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 82,5 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 39,5 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 17,2 milyon manat büdcə xərclərinin əsasını təşkil edib.

Daha 11,2 milyon manat vəsait  2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə layihənin maliyyələşdirilməsinə yönəldilmişdir.
ARDNF-nin büdcədənkənar xərcləri məzənnə fəqrindən 582,4  mln. manat həcmində qiymətləndirilb.

Azərbaycan Dövlət Neft Fondu ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi üçün Azərbaycan Mərkəzi Bankına  2 448,3 mln. manat köçürüb. Yanvar-sentyabr aylarında ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 13,0 milyon manat təşkil etmişdir.