Bakıda tramvayların fəaliyyəti bərpa olunur?

17.05.2022,16:22


17 may, Fineko/abc.az. 20 ilə yaxındır Bakıda tramvayların fəaliyyəti dayandırılıb. Gündəlik tıxacların müşahidə olunduğu bu dövrdə isə Bakıda belə nəqliyyat vasitəsinə ehtiyac artmaqdadır.

ABC.AZ Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov "Xəbər Ertəsi"nə deyib ki, əvvəlki xətlərin hər birinin bərpası nəzəri cəhətdən mümkündür. Bunun üçün dünya təcrübəsindən yararlanmaq olar.

Onun sözlərinə görə, bu işi vahid bir qurum həyata keçirməlidir və onun fəaliyyəti ictimai nəqliyyatın digər növləri ilə əlaqələndirilməlidir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən suallarımıza cavab olaraq bildirildi ki, Bakının Baş planı hazırlanarkən təkliflər içərisində bu məsələ də əksini tapıb. Ancaq Baş plan hələ təsdiq olunmadığından sözügedən məsələ barədə danışmaq tezdir.