Çinin dövlət büdcəsi kiçilib - 5 faizə yaxın azalma olub

16:37 - 17.05.2022


17 may, Fineko/abc.az. Çinin dövlət büdcəsinin gəlirləri yanvar-aprel aylarında illik müqayisədə 4,8% azalaraq 7,42 trilyon yuana (indiki məzənnə ilə təxminən 1,09 trilyon dollar) düşüb.

ABC.AZ xəbər verir ki, bu barədə  Çinin Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, iqtisadi fəallığın stimullaşdırılması məqsədilə əhaliyə qaytarılan vergilər nəzərə alınmazsa, göstərilən rəqəm, əksinə, 5% artıb.

Mərkəzi səviyyədə maliyyə gəlirləri 5,7%, regionlarda 3,9% azalıb. Dərc edilmiş statistik məlumatlara görə, nağd pul daxilolmalarında ən nəzərəçarpacaq azalma əlavə dəyər vergisi (ƏDV, mənfi 28,9%), avtomobil alınması (-28,3%), habelə torpaq və daşınmaz əmlak alınması (-27,4%) üzrə vergilərdə olub. 

Bütün xəbərlər