Bu Bankın daşınmaz əmlakı satışa çıxarılacaq

17:19 - 17.05.2022


17 may, Fineko/abc.az. 5 iyun 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “AG Bank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

ABC.AZ xəbər verir ki, daşınmaz əmlak, Quba şəhərində yerləşən 1,20 ha torpaq sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 25000 manatdır.

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəh., Badamdar qəsəbəsi, Badamdar şosesi 27 (Caspian International Hospitalın arxası) Tel: 050/055-206-66-67

 

Bütün xəbərlər