Son 4 ayda nə qədər kənd təsərrüfatı məhsulları istehsal edilib?

17:25 - 17.05.2022


17 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1 685,2 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6% çoxdur.

Son 2 ayda istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri illik müqayisədə 14,8% artaraq 145,2 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 2,8% artaraq 1 540 milyon manat təşkil edib.

 

Bütün xəbərlər