Neft bahalaşır, Brent WTI neftindən aşağı ticarət edilir

09:25 - 18.05.2022


18 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə günü hərracda artır, Brent neftinin qiyməti WTI-nin dəyərindən aşağıdır.

Saat 09: 08-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent-in iyul fyuçersləri $0,42 (0,38%) - barrel başına $112,35-ə qədər bahalaşıb. May ayının 17 - də keçirilən ticarətin nəticələrinə görə, Brent-in iyul fyuçerslərinin qiyməti $2,31 (2,02%) - barrel başına $111,93-ə düşüb.

Saat 09: 08-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin iyun fyuçersləri $0,89 (0,79%) - barrel başına $113,29-a qədər artıb. Mayın 17 - də keçirilən ticarətin nəticələrinə görə, WTI-nin iyun ayı üçün fyuçers qiyməti $1,80 (1,58%) - barrel başına $112,40-a düşüb.

Bütün xəbərlər