Son 4 ayda Azərbaycanda əhalinin gəlirləri 20 faizə yaxın artıb

10:57 - 18.05.2022


18 may, Fineko/abc.az. 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 20 463,2 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,5% çoxdur.

Ölkədə adambaşına düşən nominal gəlir isə 2 038 manata bərabər olub.

Bu isə son bir ildə 19,1% artım deməkdir.

Bütün xəbərlər