"Sberbank" London birjasını tərk edir

12:15 - 18.05.2022


18 may, Fineko/abc.az. Rusiyanın ən böyük bankı olan "Sberbank" London birjasından çıxmağı planlaşdırır.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, "Sberbank" rəhbərliyi yazılı açıqlamada depozit qəbzlərinin dövriyyəsini dayandırmaq niyyətini London Birjasına çatdırdığını bildirib.

Açıqlamada, banka məxsus əmanət qəbzlərinin 30 gün ərzində 1-dən 4-ə nisbətində "Sberbank"ın səhmləri ilə dəyişdirilə biləcəyi bildirilib.

Qeyd edək ki, Qərb ölkələri Ukraynadakı müharibəyə görə bir çox Rusiya bankını, o cümlədən "Sberbank"ı sanksiya siyahısına salıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər