Xəzər dənizində zəlzələ olub

11:17 - 15.05.2018


15 may, Fineko/abc.az. Mayın 14-də Xəzər dənizində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib ki, zəlzələ yerli vaxtla saat  01:00-da Xəzər dənizində  qeydə alınıb.

“Zəlzələ 3 bal gücündə, 61 km dərinlikdə qeydə alınıb və hiss olunmayıb”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər