Litva şirkətləri Bakı Limanına maraq göstərir

14:19 - 18.05.2022


18 may, Fineko/abc.az. Litvanın aparıcı şirkətlərinin nümayəndələri tərəfdaşlıq imkanlarını araşdırmaq üçün Bakı Limanına səfər edib.

ABC.AZ xəbər verir ki, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC məlumat yayıb.

Nümayəndə heyətinə kənd təsərrüfatı, qida və yüngül sənaye sahələrində fəaliyyət göstərən şirkətlərin rəsmiləri daxildir.

Nümayəndə heyətinin rəsmisi - Litva prezidentinin müşaviri Vaidas Augustianavicius Bakı Limanının dayanıqlı inkişaf təşəbbüsləri, ətraf mühitin qorunması və regionda dairəvi iqtisadiyyatın yaradılmasına töhfə vermək üzrə məqsədlərinin əhəmiyyətli olduğunu bildirib.

Bütün xəbərlər