Belarusun Baş naziri Azərbaycana gəlib - İşgüzar görüşlər gözlənilir

14:34 - 18.05.2022


18 may, Fineko/abc.az. Belarusun Baş naziri Roman Qolovçenko Azərbaycana səfərə gəlib.

ABC.AZ-ın məlumatına görə, qonağı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov qarşılayıb.

R.Qolovçenko Azərbaycanın Baş naziri Əli Əsədov və digər rəsmi şəxslərlə görüşəcək.

Hökumət başçısı Gəncə Avtomobil Zavoduna, “Caspian Agro” və “Inter Food” beynəlxalq sərgilərinə, eləcə də “İqlim” istehsalat müəssisəsinə baş çəkəcək.

Bundan başqa, səfər çərçivəsində Azərbaycan və Belarusun biznes dairələrinin işgüzar görüşü də nəzərdə tutulub.

Bütün xəbərlər