Ölkədə qızıl hasilatı azalıb? - Təfərrüat

18.05.2022,16:03


18 may, Fineko/abc.az. 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 850 kq qızıl hasil edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Statistik məlumatlara əsasən, bu 2021-ci ilin analoji dövrünün göstəricisindən 24,6% azdır. Hesabat dövründə 1 min 977,2 kq gümüş (artım 21,4%) hasil edilib.

Hasil edilən qızıl və gümüş emala göndərilib. 1 may 2022-ci il tarixinə istehsalçı şirkətlərin anbarlarında qızıl ehtiyatının həcmi 218,4 kq, gümüş ehtiyatının həcmi 474,1 kq təşkil edir.