Ölkədə tikinti materialları istehsalı artıb

18.05.2022,17:28


18 may, Fineko/abc.az. 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 306,4 milyon manat məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 72,3% çoxdur.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə respublikada 1 milyon 50,2 min ton sement (artım 9%) istehsal edilib.

Sözügedən dövrdə 8,9 min ton (artım 50,8%) tikinti gipsi, 31,9 min ton (artım 48,4%) sementdən tikinti blokları və kərpicləri, 927 min ton (artım 29,8%) hazır beton qarışığı, 6,6 min ton (azalma 25,8%) tikinti əhəngi, 233,6 min kubmetr (artım 55,9%) tikinti kərpici, 6,797 min ton (azalma 28,7%) emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlar, 12,8 min kubmetr (artım 34,7%) betondan yığma tikinti konstruksiyaları, 25,3 min ton (artım 3,2 dəfə) asfalt istehsal edilib.