Son 4 ayda ölkədən bu qədər pomidor ixrac edilib

09:55 - 19.05.2022


19 may, Fineko/abc.az. 2022-ci ilin ilk 4 ayında (yanvar-aprel) Azərbaycandan 58 milyon 217 min dollar dəyərində 48 min 68 ton pomidor ixrac edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin ilk 4 ayı ilə müqayisədə 2022-ci ilin ilk 4 ayında ixrac olunmuş pomidorun statistik dəyəri 37,7%, miqdarı isə 31% artıb.

2021-ci ilin yanvar-aprel dövründə Azərbaycandan 42 milyon 271 min dollar dəyərində 36 min 674 ton pomidor ixrac edilmişdi.

Bütün xəbərlər