Rusiya neft və qazın qiymətlərinin davamlı aşağı düşəcəyini proqnozlaşdırır

10:09 - 19.05.2022


19 may, Fineko/abc.az. Rusiya İqtisadi İnkişaf Nazirliyi 2025-ci ilə qədər Rusiyadan ixrac edilən Ural neft və qazının qiymətləri ilə bağlı proqnoz verib.

ABC.AZ-ın xarici mətbuata istinadən məlumatına görə, Nazirlik Ural neft və qazının qiymətlərinin davamlı olaraq aşağı düşəcəyini proqnozlaşdırır.

Belə ki, Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, proqnozun baza variantında 2022-ci ildə Rusiyanın Urals ixrac neftinin orta illik qiyməti bir barel üçün 80,1 dollar (mühafizəkar (konservativ) versiyada 78,6 dollar/barel) səviyyəsində olacaq.

2023-cü ildə bir barel üçün 71,4 dollar (mühafizəkar versiyada 65,8 dollar), 2024-cü ildə 66 dollar (mühafizəkar versiyada 61,6 dollar), 2025-ci ildə 61,2 dollar ( mühafizəkar versiyada 57,3 dollar) qiymət proqnozlaşdırılır.

Müəllif: Elmir Murad

Bütün xəbərlər