Xaricə satdığımız çay ucuzlaşıb, başqa ölkələrdən aldığımız isə bahalaşıb

10:42 - 19.05.2022


19 may, Fineko/abc.az. Azərbaycanın xaricə satdığı çay ucuzlaşıb. Belə ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricə $3.4 mln. dəyərində 536 ton çay satıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatlarında qeyd edilib. Bu satışın həcmi ötən ilin eyni dövrünə nisbətən 37.7% artıb. Satışdan əldə edilən gəlirlər isə cəmi 13% artıb.

Xaricdən alınan çayın qiymətinə gəlincə burada da bahalaşma qeydə alınıb. Belə ki, cari ilin ilk 4 ayında Azərbaycanın xaricdən aldığı çayın dəyəri 51.2% artaraq $25.6 mln.-a çatsa da, miqdarı cəmi 16.4% artıb.

Qeyd olunan dövrdə ölkəyə xaricdən 5 166 ton çay idxal edib.

Bütün xəbərlər