Son 4 ayda Azərbaycan nə qədər buğda idxal edilib?

11:25 - 19.05.2022


19 may, Fineko/abc.az. 2022-ci ilin ilk 4 ayı (yanvar-aprel) ərzində Azərbaycana 105 milyon 270 min dollar dəyərində 308 min 43 ton buğda idxal edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin ilk 4 ayı ilə müqayisədə buğda idxalı dəyər ifadəsilə 13,2% artıb, miqdar ifadəsilə 15,7% azalıb.

2021-ci ilin ilk 4 ayı ərzində Azərbaycana 92 milyon 994 min dollar dəyərində 365 min 348 ton buğda idxal edilmişdi.

Bir ton buğdanın idxal qiyməti (orta statistik dəyəri) ötən ilin ilk 4 ayında 254,5 dollar ikən, 2022-ci ilin ilk 4 ayı üzrə 341,7 dollar olub (87,2 dollar və ya 34,2% artıb).

Bütün xəbərlər