Azərbaycan və Rusiya sahibkarları ticarət-sənaye və elmi-texniki kooperasiya yaradacaqlar

11:49 - 15.05.2018


15 may, Fineko/abc.az.  Ötən gün, Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə  Federal Korporasiya (SME Corporation) Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı Agentliyi ilə anlaşma memorandumu imzalayıb.

Korporasiyanın məlumatında deyildiyi kimi, sənəd, korporasiyanın  Baş direktoru Aleksandr Bravermann və Agentliyin icraçı direktoru Orxan Məmmədov tərəfindən imzalanıb.

“Memorandum çərçivəsində tərəflər, maliyyə və təminat, informasiya və marketinq dəstəyi, eləcə də dövlətin iştirakı ilə ən iri şirkətlərin satın alınmasına geniş imkan verən KOS subyektlərinin daxil olmasının genişlənməsi,  kompleks regional proqramların hazırlanması və həyata keçirilməsi daxil olmaqla, KOBİ seqmentinin inkişafının əsas sahələrində təcrübə və ən yaxşı praktikaların mübadiləsi sahəsində uzunmüddətli əməkdaşlıq qurmağı planlaşdırırlar, həmçinin,  eləcə də sahibkarlıq və biznes proseslər sahəsində təlim proqramları, ixrac yönümlü layihələrə dəstəyini nəzərdə tutur”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, tərəflər həmçinin, hər iki dövlətin işgüzar cəmiyyətləri arasında əməkdaşlıq və qarşılıqlı məsləhətləşmələrin qurulması, ən yaxşı təcrübələrin təkrarlanması, birgə layihələrin formalaşdırılması və təşviq edilməsi, Rusiya və Azərbaycan şirkətləri üçün mövcud olan biznes imkanları barədə məlumatların yayılmasına yardım etmək niyyətlərini bildirmişlər.

Bundan əlavə, KOS Korporasiyası və Agentlik  Rusiya və Azərbaycan KOS subyektləri arasında yüksək texnologiya və innovasiya və tərəflər üçün  prioritet olan digər fəaliyyət sahəsində müştərək layihələrin və əməkdaşlığın digər formalarının, o cümlədən,  ticarət və istehsalat, elmi-texniki kooperasiyanın yaradılması və inkişafını təşviq etməyi planlaşdırır. Gələcək əməkdaşlıq çərçivəsində ümumi problemlərdən biri - Rusiya və Azərbaycan ərazisində, sərgi və yarmarka, konqres və tədris tədbirlərinin təşkili və keçirilməsinə, onlarda hər iki ölkənin sahibkarların, ictimai təşkilatların və birliklərin, həmçinin  KOS sahəsində  inkişaf institutlarının iştirakına dəstək göstərməkdir.

Əməkdaşlığın əsas istiqamətlərinin  həyata keçirilməsi üçün müvafiq yol xəritəsi hazırlanacaq. Tərəflərin qarşılıqlı əlaqəsi informasiya mübadiləsi, birgə görüşlər, işçi və məsləhət qruplarının yaradılması şəklində həyata keçiriləcək.

 

Bütün xəbərlər