Xalis mənfəəti 2 dəfədən çox azalan BOKT - Hesabat

19.05.2022,14:10


19 may, Fineko/abc.az. "Finoko" BOKT ASC 2021-ci ili 1 milyon 142 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Təşkilat 2020-ci ili 2 milyon 486 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə "Finoko"nun xalis mənfəəti 2,2 dəfə azalıb.

ABC.AZ xəbər verir ki, "Finoko" BOKT-un faiz gəlirləri 2020-ci ildə 5 milyon 65 min manat ikən, 2021-ci ildə 5 milyon 725 min manat təşkil edib.

"Finoko"nun faiz xərcləri isə 2020-ci ildəki 897 min manatdan 2021-ci ildə 2 milyon 86 min manata yüksəlib.

Eyni zamanda, ASC ötən il kredit zərərləri üçün ehtiyata 1 milyon 190 min manat ayırıb. Faiz xərclərinin artması və ehtiyata ayırma xalis mənfəətin düşməsinə səbəb olub.