Rusiya 5 portuqaliyalı diplomatı ölkədən çıxartdı

15:13 - 19.05.2022


19 may, Fineko/abc.az. Rusiya Xarici İşlər Nazirliyi rusiyalı diplomatların Portuqaliyadan çıxarılmasına cavab olaraq 5 portuqaliyalı diplomatı ölkədən çıxarır.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

“Cavab olaraq, Portuqaliyanın Rusiyadakı səfirliyinin beş əməkdaşı “persona non-qrata” elan edilib. Onlar müvafiq notanın səfirə çatdırıldığı tarixdən 14 gün ərzində ölkə ərazisini tərk etməlidirlər”, - deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya tərəfi Portuqaliya hakimiyyətinin Rusiyanın bu ölkədəki xarici nümayəndəliyinin 10 əməkdaşını “persona non qrata” elan edib.

Bütün xəbərlər