Həştərxan-Bakı-Həştərxan aviauçuşları bərpa edilir - Bu qiymətə olacaq

10:32 - 20.05.2022


20 may, Fineko/abc.az. 30 may tarixindən etibarən Həştərxan-Bakı-Həştərxan marşrutu ilə uçuşlar bərpa ediləcək.

ABC.AZ-ın məlumatına görə, uçuşu Rusiyanın “Azimut” aviaşirkəti həyata keçirəcək.

Bu barədə aviaşirkət məlumat yayıb. Qeyd edilib ki, uçuşlar həftədə iki dəfə bazar ertəsi və cümə günləri cədvəl üzrə olacaq.

Əlavə rüsumlar nəzərə alınmadan bir istiqamətə biletin qiyməti 80 avrodan başlayır.

 

Bütün xəbərlər