Rusiyada dollar və avrodan başqa bütün xarici valyutaların satışına icazə verildi

20.05.2022,10:57


20 may, Fineko/abc.az. Rusiya Mərkəzi Bankı ölkədə dollar və abrodan başqa bütün xarici valyutanın nağd satışına icazə verib.

ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin əsas Bankı məlumat yayıb.

Qeyd edilib ki, mayın 20-dən fiziki şəxslərə banklarda avro və dollar istisna olmaqla bütün xarici valyuta məhdudiyyətsiz satıla bilər.

Prosedur sentyabrın 9-dək davam edəcək.

Maliyyə qurumu ABŞ dolları və avrodan başqa valyutanın məhdudiyyətsiz satışına icazənin verilməsini, banklarda xarici əskinasların qalıqlarının olması ilə izah edib.

Müəllif: Elmir Murad