Ukrayna Mərkəzi Bankı normal duruma qayıtmağa hazırlaşır

14:32 - 20.05.2022


20 may, Fineko/abc.az. Ukrayna Rusiya ilə müharibə səbəbindən pisləşən maliyyə sistemini bərpa etmək üçün səylərini sürətləndirir. Bu çərçivədə Mərkəzi Bank gələn aydan etibarən pul siyasəti qərarlarında normala dönməyə hazırlaşır.

ABC.AZ xəbər verir ki, Fevral ayında Rusiyanın ölkəyə müdaxiləsindən sonra Ukrayna Mərkəzi Bankının faiz qərarları dayandırılmlşdı. Deyilənlərə imsansaq işğal iqtisadiyyatı alt-üst etsə də, inflyasiyanın artmasına da təkan verib.

Yanvar ayında verdiyi son faiz qərarını açıqlayan Ukrayna Mərkəzi Bankı siyasət faizini 100 baza bəndi artıraraq 10 faizə çatdırıb. Bank növbəti iclaslarında qərarlarını təxirə salıb və iqtisadiyyat normallaşdıqdan sonra görüşlərin mütəmadi olaraq davam edəcəyi bildirilib.

Bütün xəbərlər