Tikinti şirkətlərinə ağacların çox olduğu yerlərdə bina inşa etməmək tövsiyyə olundu

16:29 - 20.05.2022


20 may, Fineko/abc.az. “Bu il üçün Azərbaycanda qanunsuz ağac kəsimi ilə bağlı 124 iş hüquq-mühafizə orqanlarına təqdim olunub. Həmin pozuntularla bağlı həbs olunan şəxslər də olub”.

ABC.AZ xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Qeyd edilib ki, bu göstərici ötən il üçün 431 olub və onun əksəriyyəti də Bakının payına düşür.

Dövlət Xidməti tikinti şirkətlərini ağac sayı çox olan ərazilərdə bina inşa etməməyə çağırıb: “Bakıda 1 ağac 100 ha qazona dəyər. Nəzərə almaq lazımdır ki, Bakıda köklü budaqlı ağacın kəsilməsi cinayət tərkibi yaradır. Qanunsuz ağac kəsilməsi ilə bağlı tədbiq edilən cərimələrin məbləğinin artırılması, eləcə də digər sərt cəza tədbirlərinin həyata keçirilməsi istiqamətində layihə hazırlanır. Hətta bəzi tikinti şirkətlərinin fəaliyyətinə məhdudiyyətlər də qoyula bilər”.

Bütün xəbərlər