Bakıda tikinti aparmaq istəyən şirkətlər qarşısında tələblər qoyuldu

16:36 - 20.05.2022


20 may, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyində çoxmərtəbəli binaların inşası üçün təqdim olunan layihələrə rəy verilməsi ilə bağlı ictimai dinləmələr keçirilib.

ABC.AZ-ın məlumatına görə, dinləmələrdə tikinti şirkətləri tərəfindən təqdim olunan 9 layihəyə baxıldığı açıqlanıb.

Qeyd olunub ki, müvafiq tikinti şirkətlərinin inşa etmək istədikləri çoxmərtəbəli yaşayış və qeyri-yaşayış binaları Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qərarı ilə təsdiqlədiyi köhnə, təhlükəli və qəzalı vəziyyətdə olan binaların olduğu ərazilərdə yerləşir.

Tikinti şirkətlərinin nümayəndələrinə bildirilib ki, binaları ucaldarkən əsas məqsədin yaşıllıqların qorunub saxlanılması və gələcəkdə orada yaşıllıq sahələrinin olmasına şərait yaratmaqdır: “Biz istəyirik ki, Bakı şəhərində yaşıllıq faizini artıraq. Tikinti şirkətlərinə tələb qoyulur ki, ərazidə tikilən binalarda 25 faiz yaşıllıqla əhatə olunsun. Belə ki, dünya təcrübəsində binalara 33 faiz yaşıllıq olması tələbi qoyulur. Bakıdakı tikililər də bu tələblərə uyğunlaşdırılmalıdır. Tikinti şirkətləri binanın fundamenti qurulanda bunlar nəzərə alınmalıdır”.

 

Bütün xəbərlər