Valyuta hərracında manat və dollar əvvəlki səviyyədə qaldı

13:06 - 15.05.2018


15 may, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı növbəti hərrac keçirib.

“15 may 2018-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır”, - AMB-dan belə xəbər verildi.

Daha öncəki, mayın 10-də keçirilən valyuta hərracında ortaçəkili məzənnə həmçinin bir dollara 1,7000 manat təşkil etmişdir.

 

 

Bütün xəbərlər