İlham Əliyev Paşinyanla görüşüb - Müzakirələr 5 saat keçib

10:10 - 23.05.2022


23 may, Fineko/abc.az. Brüsseldə Avropa ittifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü keçirilib.

ABC.AZ-ın məlumatına görə, üçtərəfli görüşdən əvvəl Şarl Mişelin həm Prezident İlham Əliyevlə, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanla təkbətək görüşü keçirilib. Görüş beş saat davam edib.

Danışıqlarla bağlı hələ ki, detallar tam açıqlanmır. Güman edilir ki, müzakirə olunan məsələlərin təfərrüatı qarşıdakı vaxtlarda açıqlanacaq.

 

Bütün xəbərlər