Mərkəzi Bank "Safaroff CA" MMC şirkətinə niyə 1 milyon manat ödəyəcək?

11:08 - 23.05.2022


23 may, Fineko/abc.az. Mərkəzi Bankın bir müddət əvvəl elan etdiyi tenderə yekun vurulub.

ABC.AZ xəbər verir ki, sözügedən tenderdə istifadə olunan standart proqram təminatları üzrə lisenziyaların satın alınması nəzərdə tutulur.

Tenderlə bağlı məlumat dövlət satınalmalarının vahid internet portalında qeyd edilib.

Tenderin qalibi "Safaroff CA" MMC-dir. Qalib şirkətə 914 min manat ödəniləcək.

Müəllif: Elmir Murad

Bütün xəbərlər