Marketlər şəbəkəsinə müdir axtarılır - 4 min manat maaş veriləcək

12:00 - 23.05.2022


23 may, Fineko/abc.az. Aqrar İnnovasiya və Təchizat Şirkətinə məxsus olan Marketlər Şəbəkəsinə Müdir axtarır.

ABC.AZ xəbər verir ki, elan 23 iyun 2022-ci ilə qədər keçərlidir.

Namizədə olan tələblərə gəlincə, ali təhsilli olmalı (Kommersiya və Marketinq üzrə təhsil üstünlükdür), satış və idarəetmə üzrə minimum 5 il təcrübə, planlama bacarığı, deleqasiya etmə bacarığı, problem həll etmək bacarığı, komanda şəklində və İndividual işləmə bacarığı olmalıdır. Vəzifə öhdəliklərinə gəlincə isə marketlər şəbəkəsinin qurulması prosesini koordinasiya etməli, marketlər şəbəkəsinin fəaliyyətinə rəhbərlik etmək və satış planlarının yerinə yetirilməsini təmin etmək bacarığı olmalıdır.

Əmək haqqı 4000 AZN, plus bonus var. İşə götürüləcək şəxs (5 gün) çalışacaq. İş saatları: 08:30-17:30, Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketlər Şəbəkəsinin Müdiri” yazaraq [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.

 

Bütün xəbərlər