Seneqal Avropaya qaz tədarük etməyə hazırlaşır - Detallar

12:30 - 23.05.2022


23 may, Fineko/abc.az. Seneqal Avropaya mayeləşdirilmiş təbii qaz tədarükü məsələsi üzərində işləməyə hazırdır.

ABC.AZ xəbər verir ki, bu barədə ölkə prezidenti Maki Sal Almaniya kansleri Olaf Şolzla danışıqların yekununda bildirib.

O qeyd edib ki, son on ildə Seneqal şelfində böyük neft və qaz yataqları aşkar edilib.

"Onların ehtiyatları 1 milyard barel çıxarıla bilən neft və 40 trilyon kubmetr həcmində qiymətləndirilir. İndi onların inkişafı istiqamətində iş aparılır. Seneqaldan mayeləşdirilmiş təbii qazın ilk əhəmiyyətli tədarükünün 2023-cü ildə başlanması gözlənilir", - deyə prezirent bildirib.

Qeyd edək ki, Qərbin sanksiyalarına görə Rusiya digər enerji resursları kimi Aİ ölkələrinə də qaz nəqlini məhdudlaşdırmağa başlayıb. Xüsusilə, aprelin sonunda “Qazprom” Polşa və Bolqarıstana qaz nəqlini dayandırıb. Martın ortalarında Rusiya Finlandiyaya elektrik enerjisi, may ayında isə artıq qaz tədarükünü dayandırıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər