İrəvandan Antalyaya birbaşa uçuşlar olacaq

14:43 - 23.05.2022


23 may, Fineko/abc.az. İyunun 14-dən İrəvan-Antalya-İrəvan marşrutu üzrə birbaşa qeyri-müntəzəm reyslər həyata keçiriləcək.

ABC.AZ-ın xarici mətbuata istinadən xəbər verir ki, sözügedən uçuşu “Flyone Armenia” şirkəti təşkil edəcək.

Bu barədə aviadaşıyıcının yaydığı məlumatda bildirilir.

Həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək uçuşların qiyməti 110 avrodan başlayır.

Bütün xəbərlər