Bütün müavinətlər bu tarixdə veriləcək

23.05.2022,15:40


23 may, Fineko/abc.az. Bütün müavinətlərin veriləcəyi vaxt  məlum olub.

ABC.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Mayın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.