Neft ucuzlaşır, Brent bir barelə $112,70 təşkil edir

09:21 - 24.05.2022


24 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə axşamı baş tutan ticarətdə düşür.

London ICE Futures birjasında keçirilən hərracda saat 09:09-da Brent neftinin iyul fyuçersi $0,72 (0,63%) - barrel başına $112,70 ucuzlaşıb. Mayın 23-də keçirilən ticarətin nəticələrinə görə, Brent-in iyul fyuçerslərinin qiyməti $0,87 (0,77%) artaraq barrel başına $113,42-ə yüksəlib.

Nyu-York əmtəə birjasının (NYMEX) hərraclarında WTI-nin iyul fyuçersləri saat 09:09-da $0,65 (0,59%) - barrel başına $109,64-ə düşüb. Mayın 23-də baş tutan hərracların nəticələrinə görə, iyul ayı üçün WTI - nin fyuçers qiyməti bir barrelə $0,01 - $110,29-a yüksəldi.


Bütün xəbərlər