Bu rayonun icra hakimiyyəti məhkəməyə verildi - Detallar

11:02 - 24.05.2022


24 may, Fineko/abc.az. “Suraxanı Oyl Opereyşn Kompani S.A.” şirkətinin Azərbaycandakı nümayəndəliyi Suraxani Rayon İcra Hakimiyyətini məhkəməyə verib.

ABC.AZ xəbər verir ki,  bu barədə yerli mətbuatda yayılan məlumatda qeyd edilib.

Belə ki, şirkət məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edib.

“Suraxanı Oyl Opereyşn Kompani S.A.” şirkəti torpaq münasibətləri üzrə sair mübahisələr barədə tələb irəli sürüb. İddia hakim Aygün Əhədovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Bütün xəbərlər