Azərbaycan bankları 4 ayda 1 milyard 142 milyon manat gəlir əldə ediblər

24.05.2022,11:12


24 may, Fineko/abc.az. Azərbaycan bankları 2022-ci ilin ilk 4 ayında ümumilikdə 1 milyard 142 milyon manat gəlir əldə ediblər.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankın açıqladığı bank sektoru üzrə rəqəmlərdə öz əksini tapıb.

Ötən ilin eyni dövrü ilə müqayüisədə bankların gəlirləri 244 milyon manat və ya 27% artıb.

Xatırladaq ki, ötən ilin ilk 4 ayında bank sektorunu gəlirləri 899 milyon manat olmuşdu.

Müəllif: Elmir Murad