Bankların xərcləri çoxalıb - 26 faiz artıb

11:25 - 24.05.2022


24 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycandakı bankların son 4 ayda əldə etdiyi gəlirlər açıqlanıb və məlum olub ki, sözügedən dövrdə banklarım 1 milyard 142 milyon manat gəlirləri olub.

ABC.AZ xəbər verir ki, gəlirlərlə yanaşı bankların xərcləri də məlum olub.

Bu dövrdə bankların xərcləri isə 740 milyon manat olub ki, bu da ötən illə müqayisədə bankların xərcləri 155 milyon manat və ya 26% artıb (ötən il xərclər 585 milyon manat olmuşdu).

2022-ci ilin ilk 4 ayının nəticələrinə görə, bankları 248 milyon manat xalis mənfəət əldə ediblər. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 53 milyon manat və ya 27% artıqdır.

Müəllif: Elmir Murad

Bütün xəbərlər