İTV-yə baş direktor seçkiləri keçirildi

24.05.2022,11:37


24 may, Fineko/abc.az. İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçkilər keçirilib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, seçkilər Audiovizual Şuranın inzibati binasında baş tutub.

Səsvermənin yekun nəticələrinə əsasən, Qasımov Balakişi Ələkbər oğlu yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilib.

Belə ki, Yayım Şurasının 9 üzvü gizli səsvermədə iştirak edib və onlardan 9 nəfəri də Balakişi Qasımovun lehinə səs verib.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə 8 nəfər namizədliyini irəli sürmüşdü.