Ağdam şəhərində “Ağıllı su” layihəsi hazırlanır

24.05.2022,12:04


24 may, Fineko/abc.az. İşğaldan azad olunmuş Ağdam şəhərinin içməli su təchizatı, tullantı və yağış sularının idarə olunması sistemlərinin yaradılması ilə bağlı layihə sənədlərinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun növbəti iclası keçirilib.

ABC.AZ xəbər verir ki, Ağdam şəhərində baş tutan iclasda “Azərsu” ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəisi Bahadır Kəngərli bildirib ki, layihə hazırlanarkən əhalinin içməli suya tələbatı, şəhərin sənaye və turizm imkanları nəzərə alınıb. Ağdam şəhərinin və şəhərə yaxın 4 kəndin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə kompleks tədqiqat işləri aparılıb və “Ağıllı su” layihəsi hazırlanır.

İclasda Ağdam şəhərinin tullantı və yağış sularının idarə edilməsi ilə bağlı hazırlanmış layihə də təqdim olunub.