Azərbaycanda bank kartları 130 min ədəd artıb

24.05.2022,12:21


24 may, Fineko/abc.az. Bank sistemi üzrə aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı  11 milyon 901 min ədəd təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu Mərkəzi Bankın hesabatında öz əksini tapıb.

Qeyd edilib ki, sözügrdən kartlarda ötən aya nəzərən 130 min ədəd artım var. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.2% artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 18.8%, kredit kartları üzrə 30.7% təşkil edib.