Azərbaycanda gübrələrin qeydiyyat mexanizmi sadələşdiriləcək

24.05.2022,14:29


24 may, Fineko/abc.az. Azərbaycanda gübrələrin qeydiyyat mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, Bakıda keçirilmiş Beynəlxalq Forumda çıxışı zamanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, peşəkar yanaşma ondan ibarətdir ki, gübrələrlə pestisidlərə yanaşma eyni qaydada olmamalıdır, gübrələrin qeydiyyatı fərqli olmalıdır.

"Gübrələrin sadəcə laborator sənəd dosye ekspertizası və laborator sınağı əsasında dövlət qeydiyyatının aparılması və idxalının da buna uyğun daha sadələşdirilmiş formada təşkili nəzərdə tutulur", - deyə Elxan Mıkayılov qeyd edib.