Prezident İTV-yə pul ayırdı - Sərəncam

15:32 - 24.05.2022


24 may, Fineko/abc.az. Prezident İlham Əliyev İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncamda deyilir ki, 2024-cü ildə Fransanın Paris şəhərində keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarını yayım hüququnu İctimai Televiziya və Radio Yayımları Şirkətinin əldə etməsi üçün 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinə 640,0 (altı yüz qırx) min ABŞ dollarının manat ekvivalentində vəsait ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Bütün xəbərlər