Son 4 ayda sığorta şirkətlərinin yığımı artıb - Hesabat

16:20 - 24.05.2022


24 may, Fineko/abc.az. 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 358 milyon 771,1 min manat təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,8% çoxdur.

Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 267 milyon 745 min manat (artım 20,4%) və ya bazar üzrə bütün sığorta haqlarının 74,6%-ni təşkil edib.

Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 146 milyon 376,3 min manat (artım 35,2%), qeyri-həyat sığortası üzrə sığorta haqları 121 milyon 368,7 min manat (artım 6,3%) təşkil edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər