Samsung Electronics şirkəti nəhəng sərmayə qoyuluşuna hazırlaşır

16:32 - 24.05.2022


24 may, Fineko/abc.az. Cənubi Koreyanın elektronika nəhəngi “Samsung Electronics” şirkəti qarşıdakı 5 il ərzində 450 trilyon von (356 milyard ABŞ dolları) sərmayə qoyuluşu planlaşdırır.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə şirkət yarımkeçiricilər, biofarmasevtiklər, süni intellekt və yeni nəsil texnologiyalar sahəsində artımı sürətləndirməyi nəzərdə tutur.

Məlumata görə, investisiyalar şirkətin çip sənayesi kimi strateji sahələrdə uzunmüddətli böyüməsini təmin edəcək.

“Yerli çip və biotexnologiya tədarük zəncirlərinin təhlükəsizliyi strateji əhəmiyyət daşıyır və Cənubi Koreyanın iqtisadi təhlükəsizliyi üçün əhəmiyyətlidir. Odur ki, yarımkeçirici/bio təchizat zəncirinə sahib olmaq strateji əhəmiyyət kəsb edir", - deyə şirkətin açıqlamasında qeyd olunub.

“Samsung Electronics” nəzərdə tutuduğu investisiyaların 80%-ni Cənubi Koreyaya yatıracaq.

 

Bütün xəbərlər